Haqqımızda Reklam
27 
Okt
2026
19:10
9
1
280

Tbilisi Mərkəzi Dəmir Yolu Vağzalı əsaslı təmir olunur – layihənin dəyəri 7 milyon laridir

Tbilisi Mərkəzi dəmiryol vağzalında birinci, ikinci və üçüncü platformalar tamamilə yenilənəcək. Artıq mövcud platformaların söküntüsünə başlanılıb. 24News.ge xəbər verir ki, layihəyə əsasən, vağzalın ərazisində köhnə platformaların əvəzinə daha hündür və müasir tipli platformalar inşa ediləcək. Reabilitasiya işləri çərçivəsində platformalar arasında yerləşən yeraltı keçidin, eləcə də Tbilisi mərkəzi binasından platformaya enən pilləkənin ləğvi nəzərdə tutulur. Pilləkənlərin əvəzinə vağzalda dörd yeni eskalator quraşdırılacaq. Bundan əlavə, sərnişinlərin gözləmə zonaları yenilənəcək. Platformada yanğın təhlükəsizliyi üçün işıq siqnalı qurğuları və qəza işıqlandırma sistemi də quraşdırılacaq. Tbilisi Mərkəzi dəmiryol vağzalının tam yenilənməsi layihəsinin ümumi dəyəri təxminən 7 milyon lari təşkil edir. Gürcüstan Dəmir Yolları təmir və yenidənqurma işlərini 2027-ci ilin payızında başa çatdırmağı planlaşdırır.

www.24news.ge