Haqqımızda Reklam
26 
Okt
2026
11:23
3
17
897

Marneuli meriyasında yeni kadr təyinatları olub (VİDEO)

Marneuli meriyasında bir sıra yeni kadr təyinatları həyata keçirilib. 24News.ge xəbər verir ki, bununla bağlı meriyada iclas keçirilib. İclasda çıxış edən Marneuli meri Daur İsmayılov yeni təyin olunan şəxsləri təqdim edib. Məlumata görə, yeni təyinatlar aşağıdakı kimidir: Vaxtanq Nadiradze – merin müavini; David Qoksadze – Şəhərsalma, məkan planlaşdırılması, memarlıq və tikinti xidmətinin rəhbəri; Giorgi Nemsadze – İnfrastruktur tikintisi və inkişaf prosesinin planlaşdırılması şöbəsinin rəhbəri; Qriqol Bolkvadze – İnfrastruktur və iqtisadi inkişaf xidmətinin rəhbəri; Beso Nijaradze – Daxili audit xidmətinin rəhbəri.

www.24news.ge