Haqqımızda Reklam
22 
Okt
2026
09:10
4
1
79

Tramp: Ukrayna və İranla müharibələr tezliklə başa çata bilər

ABŞ Prezidenti Donald Tramp Ukraynada davam edən müharibənin və İranla münaqişənin tezliklə başa çata biləcəyini bildirib. 24News.ge xəbər verir ki, Tramp bu barədə Cənubi Karolina ştatında tərəfdarları ilə görüşü zamanı danışıb. ABŞ Prezidenti qeyd edib ki, indiyədək səkkiz müharibəni və ya müharibə kimi qiymətləndirilən vəziyyəti həll edib. Onun sözlərinə görə, hazırda Rusiya–Ukrayna müharibəsinin və İranla müharibənin başa çatmasına da yaxınlaşılıb: “Biz səkkiz müharibəni və ya müharibə kimi qəbul edilən vəziyyətləri həll etmişik. İndi isə daha iki müharibənin – Rusiya ilə Ukrayna arasındakı müharibənin və İranla müharibənin başa çatmasına yaxınıq. Bu müharibələr bu və ya digər şəkildə sona çatacaq”, – deyə Tramp bildirib. Bundan əvvəl də ABŞ Prezidenti Rusiya–Ukrayna müharibəsinin başa çatmasının əvvəlkindən daha yaxın ola biləcəyini bəyan etmişdi.

www.24news.ge