Haqqımızda Reklam
08 
Okt
2026
23:06
5
1
135

Rustavi–Qırmızı Körpü və Algeti–Sadaxlı yolları da daxil olmaqla, gələn il tikintisinə başlanacaq 5 yol layihəsi açıqlanıb

2027-ci ildə Gürcüstanda yol infrastrukturunun yaxşılaşdırılması üçün 1,332 milyard lariyə qədər vəsait ayrılması nəzərdə tutulur. 24News.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-ci il dövlət büdcəsi layihəsinin ilkin versiyasında qeyd olunub. Sənədə əsasən, ayrılacaq vəsaitin 723 milyon larisi sürətli avtomobil magistrallarının tikintisinə yönəldiləcək. 2027-ci ildə bir sıra iri yol infrastrukturu layihələrinin tikintisi, yenidən qurulması və bərpası işlərinin davam etdirilməsi planlaşdırılır. Bununla yanaşı, gələn il bir neçə yeni layihəyə başlanılması nəzərdə tutulur. ● Tbilisi ətraf yolunun tikintisinə başlanılacaq və bu məqsədlə 210 milyon lari ayrılacaq; ● Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Tsitsamuri-Jinvali hissəsinin tikintisinə 50 milyon lari yönəldiləcək; ● Tbilisi-Rustavi yolunun II hissəsinin tikintisinə 50 milyon lari ayrılacaq; ● Rustavi-Qırmızı Körpü və Algeti-Sadaxlı yollarının tikintisinə 105,5 milyon lari sərf olunacaq; ● Anakliya limanına gedən yolun tikintisinə 30 milyon lari ayrılacaq. ● Bundan əlavə, avtomobil yollarının dövri təmiri və bərpası üçün 2027-ci ildə 400 milyon lari vəsait nəzərdə tutulub. Qeyd edək ki, 2027-ci il dövlət büdcəsi layihəsi hazırda ilkin mərhələdədir. Sənəd yekun təsdiq olunana qədər büdcə layihəsində dəyişiklik və düzəlişlərin edilməsi mümkündür.

www.24news.ge