Haqqımızda Reklam
08 
Okt
2026
16:58
3
11
745

Türkiyə-Gürcüstan sərhəddində torpaq sürüşməsi baş verib, ölən və yralılar var (VİDEO)

Türkiyə-Gürcüstan sərhəddinə yaxın Türkiyənin Artvin vilayətinin Hopa rayonunda torpaq sürüşməsi baş verib. 24News.ge xəbər verir ki, dağ yamacından qopan qaya parçaları yük avtomobillərinin dayanacağına düşüb. Hadisə nəticəsində 45 yaşlı Kasım Topaloğlu həyatını itirib. Məlumata görə, Kasım Topaloğlu hadisə zamanı öz avtomobilini təhlükəsiz yerə çıxardıqdan sonra dostlarına kömək etməyə çalışıb. Lakin torpaq sürüşməsinin ikinci dəfə baş verməsi zamanı onun başına qaya parçası düşüb və o, hadisə yerində ölüb. Torpaq sürüşməsi zamanı daha iki nəfərin müxtəlif yüngül xəsarətlər aldığı bildirilir.

www.24news.ge