Haqqımızda Reklam
08 
Okt
2026
10:51
11
0
365

Fahişəliyə şərait yaradan 21 nəfər saxlanılıb (VİDEO)

Gürcüstanda fahişəliyə şərait yaratmaq və fahişəlik üçün yer vermək ittihamı ilə 21 nəfər saxlanılıb, 11 obyekt isə möhürlənib. 24News.ge xəbər verir ki, Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində keçirilən brifinqdə Mərkəzi Kriminal Polis Departamentinin İnsan Alveri və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Qriqol Qoqoçaşvili məlumat verib. Onun sözlərinə görə, polis əməliyyatları Tbilisi, İmereti və Kvemo Kartli bölgələrində həyata keçirilib. İstintaq tədbirləri zamanı, o cümlədən gizli audio və video çəkilişlər nəticəsində əldə olunan sübutlarla müəyyən edilib ki, saxlanılan şəxslər müxtəlif obyektlərin menecerləri və administratorları olub və fahişəliklə məşğul olan qadınlara sistemli şəkildə bu fəaliyyəti həyata keçirmək üçün şərait yaradıblar. Məlumata görə, şübhəli şəxslər müəyyən ödəniş müqabilində idarə etdikləri obyektlərdə qadınlara yer veriblər. İstintaqla həmçinin müəyyən edilib ki, obyektlərin administratorları fahişəliklə məşğul olan şəxslərə müştəri tapmaqda da kömək göstəriblər. Bunun müqabilində isə qadınların göstərdikləri cinsi xidmətlərdən əldə etdikləri gəlirin böyük hissəsini özləri götürüblər. DİN-in məlumatına görə, həmin obyektlərin əsas gəlir mənbəyini fahişəliyə şərait yaradılması nəticəsində əldə edilən vəsait təşkil edib. Hüquq-mühafizə orqanlarının müxtəlif obyektlərdə keçirdiyi axtarışlar zamanı qanunsuz fəaliyyət nəticəsində əldə edildiyi bildirilən pul vəsaitləri də aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 254-cü maddəsi ilə aparılır. Maddə fahişəliyə şərait yaradılmasını və fahişəlik üçün yer verilməsini nəzərdə tutur. Daxili İşlər Nazirliyi analoji qanunsuz fəaliyyətlərin aşkarlanması və qarşısının alınması, həmçinin cinayətə cəlb olunan şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə müvafiq tədbirləri davam etdirir.

www.24news.ge