Haqqımızda Reklam
08 
Okt
2026
14:02
8
4
147

Rusiyadakı gürcü məbədinin bərpasına gürcü mütəxəssislər cəlb oluna bilər

Rusiyada yerləşən gürcü məbədlərindən birinin bərpası prosesinə gürcü mütəxəssislərin də cəlb olunması planlaşdırılır. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri, protoierey Andria Caqmaydze məlumat verib. Onun sözlərinə görə, məbədin bərpası məsələsi ilə bağlı tərəflər arasında artıq dialoq başlayıb. Bərpa prosesində gürcü alimlərinin də iştirak etməsi və onların Rusiyaya səfər etməsi nəzərdə tutulur: “Hazırda təfərrüatlar məlum deyil. Məbəd Moskvada yerləşmir, lakin Rusiyadadır. Hələlik bundan artığını deyə bilmərəm. Lazım olduğu zaman işə başlayacağıq və qrupun səfəri ilə bağlı məlumatı gizlətməyəcəyik. Mən bu qrupun tərkibində deyiləm, bütün bunlar hələ başlanğıc mərhələsindədir. Əsas məsələ odur ki, bərpa prosesinə elmi istiqamət də cəlb olunsun”, – deyə Andria Caqmaydze bildirib.

www.24news.ge