Haqqımızda Reklam
08 
Okt
2026
09:58
2
0
60

GAİM-də yeni qəbul olunan gənclər üçün gürcü dili kursları uğurla davam edir

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni qəbul olunan gənclər üçün təşkil edilən gürcü dili kursları uğurla davam edir. 24News.ge xəbər verir ki, sentyabrın 15-dən etibarən başlayan dərslər gənclərin gürcü dili üzrə bilik və bacarıqlarının formalaşdırılması məqsədilə peşəkar və sistemli şəkildə keçirilir. Dərslər ixtisaslı müəllimlər Lia Xaraişvili və Zülfinaz Əliyeva tərəfindən aparılır. Hazırda gürcü dili kurslarında ümumilikdə 45 şagird iştirak edir. Bildirilir ki, GAİM-in əsas məqsədlərindən biri gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların gürcü dilini daha yaxşı mənimsəməsinə və Gürcüstan cəmiyyətinə fəal inteqrasiyasına dəstək göstərməkdir.

www.24news.ge