Haqqımızda Reklam
07 
Okt
2026
15:13
12
4
878

Mestiya və Telavi hava limanlarının istifadəyə veriləcəyi tarix məlum olub

Mestiya və Telavi hava limanlarının 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılır. 24News.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze hökumətin iclasında bildirib. Baş nazirin sözlərinə görə, hər iki hava limanı əsasən daxili aviasiya reyslərinə xidmət göstərəcək. Layihələr başa çatdıqdan sonra Mestiya və Telavi hava limanlarının hər birinin ildə 50 min sərnişinə xidmət göstərməsi nəzərdə tutulur. Kobaxidze bildirib ki, 2025-2026-cı illərdə Gürcüstanın aviasiya bazarına 10-dan çox yeni aviaşirkət və aviareys istiqaməti əlavə olunub. Onun sözlərinə görə, ötən il ölkənin üç beynəlxalq hava limanı ümumilikdə 8,5 milyon sərnişinə xidmət göstərib ki, bu da əvvəlki illə müqayisədə 14 faiz artım deməkdir. Uçuşların sayı isə 16 faiz artıb. Baş nazir həmçinin Kutaisi Beynəlxalq Hava Limanında yeni 3,5 kilometrlik uçuş-enmə zolağının və digər aerodrom infrastrukturunun planlaşdırıldığından daha əvvəl istifadəyə veriləcəyini bildirib. Onun sözlərinə görə, bundan sonra hava limanı daha iri təyyarələrə də xidmət göstərə biləcək. Kobaxidze Tbilisi Beynəlxalq Hava Limanı ilə bağlı “TAV” şirkəti ilə əldə olunan razılaşmaya da toxunub. O, danışıqlar nəticəsində əlavə 150 milyon dollar investisiya cəlb edildiyini və hava limanının sərnişin tutumunun iki dəfə artırılaraq 10 milyon sərnişinə çatdırılacağını açıqlayıb.

www.24news.ge