Haqqımızda Reklam
07 
Okt
2026
13:19
13
13
446

Rustavidə yeni həbsxana müəssisəsi açılacaq

Rustavi şəhərində yeni penitensiar müəssisə fəaliyyətə başlayacaq. 24News.ge xəbər verir ki, Ədliyyə Nazirliyindən bildirilib ki, yeni penitensiar müəssisənin tikintisi artıq demək olar ki, başa çatıb və müəssisənin 2027-ci ilin əvvəlində məhbusların qəbuluna başlaması planlaşdırılır. Məlumata görə, yeni penitensiar müəssisə 150 məhbus üçün nəzərdə tutulub. Ədliyyə Nazirliyinin açıqlamasında qeyd olunub ki, yeni müəssisənin fəaliyyətə başlaması üçün müvafiq kadr resurslarının formalaşdırılması da nəzərdə tutulur. Bununla əlaqədar 2027-ci ilin dövlət büdcəsində yeni müəssisə üçün müvafiq ştat vahidləri nəzərə alınacaq. Nazirlikdən bildirilib ki, bütün hazırlıq işləri tamamlandıqdan sonra müəssisə 2027-ci ilin əvvəlində məhbusların qəbuluna hazır olacaq.

www.24news.ge