Haqqımızda Reklam
04 
Okt
2026
22:02
4
2
615

Moskvada Gürcüstanlı iş adamının keçmiş həyat yoldaşı və qızının parçalanmış cəsədləri tapılıb

Moskvada biznesmen Mamuka Tseretlinin keçmiş həyat yoldaşı və 19 yaşlı qızının parçalanmış meyitləri aşkarlanıb. Hadisə ilə bağlı Gürcüstan vətəndaşı olan biznesmen saxlanılıb. 24News.ge xəbər verir ki, Moskva Prokurorluğunun məlumatına görə, məhkəmə yaxın vaxtlarda prokurorun iştirakı ilə şübhəli barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxacaq. Rusiya mediasının məlumatına əsasən, saxlanılan şəxs 1979-cu il təvəllüdlü Teimuraz Qoqiaşvilidir. Onun Gürcüstan vətəndaşı olduğu bildirilir. Hadisə oktyabrın 3-də Moskvada yaşayış binalarından birində yerləşən mənzildə baş verib. Mənzildə insan meyitinə aid parçalar aşkarlanıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, qətlə yetirilən qadın 1972-ci il təvəllüdlü biznesmen Elena Tseretlidir. Bundan əlavə, şübhəlinin qarajında qətlə yetirilən biznesmenin 19 yaşlı qızının meyiti aşkarlanıb. Yayılan məlumatlara görə, cinayətin törədilməsində Elena Tseretlinin tərəfdaşının da iştirak etmiş ola biləcəyi ehtimal olunur. Hadisə ilə bağlı araşdırma davam etdirilir.

www.24news.ge