Haqqımızda Reklam
04 
Okt
2026
13:43
7
0
263

Marneulidə həmkəndlilərinin şəxsi fotolarını yaymaqla hədələyərək pul tələb edən şəxs saxlanılıb (VİDEO)

Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş bir şəxsi saxlayıblar. 24News.ge xəbər verir ki, İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində həmkəndlilərinin şəxsi həyatını əks etdirən fotoşəkilləri sosial şəbəkələrdə yayıb. Məlumata görə, o, fotoları silmək müqabilində zərərçəkənlərdən müəyyən məbləğdə pulun elektron hesaba köçürülməsini tələb edib. Bildirilib ki, vətəndaşlara vurulan ümumi zərər təxminən 2 min lari təşkil edib. Hüquq-mühafizə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır. Sözügedən maddə 4 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Qeyd edək ki, 24News.ge xəbər portalı bir neçə gün əvvəl sözügedən məsələ ilə bağlı xüsusi reportaj hazırlamışdır.

www.24news.ge