Haqqımızda Reklam
04 
Okt
2026
17:08
2
2
923

Rustavi həbsxanasında məhbus ölü tapılıb

Rustavidə yerləşən 17 saylı penitensiar müəssisədə məhbus ölü tapılıb. Hadisənin oktyabrın 2-də baş verdiyi bildirilir. 24News.ge xəbər verir ki, “TV Pirveli”nin məlumatına görə, məhbusun ölümü faktını Penitensiar Xidmət də təsdiqləyib. Xidmətin bildirdiyinə görə, qurumun “dərhal müraciəti əsasında” faktla bağlı istintaq başladılıb. Məlumata görə, ölən şəxs İakob Quledani olub. Onun ailə üzvünün sözlərinə görə, ailəyə cümə günü məhbusun kamerada ölü tapıldığı barədə məlumat verilib. Mərhumun bibisi ölümün səbəbinin ekspertiza nəticəsində müəyyənləşəcəyini bildirib. “TV Pirveli”yə danışan qadının sözlərinə görə, məhbusun azadlığa çıxmasına 2-3 ay qalmışdı. Onun iddiasına əsasən, məhbus hadisə günü səhər qəhvə içib, daha sonra tualetə daxil olub və uzun müddət çıxmayıb. Ailə üzvünün sözlərinə görə, penitensiar müəssisənin əməkdaşları tualetin qapısını sındırdıqdan sonra məhbusu asılmış vəziyyətdə tapıblar.

www.24news.ge