Haqqımızda Reklam
04 
Okt
2026
19:56
10
22
2012

Qardabanidə 35 yaşlı kişi bıçaqlanaraq öldürülüb (VİDEO)

Qardabani bələdiyyəsinin Nəzərli kəndində bıçaqlanma hadisəsi baş verib. 24News.ge xəbər verir ki, hadisə iki kənd sakini arasında yaranan mübahisə zamanı baş verib. Mübahisə nəticəsində şəxslərdən biri digərinə bir neçə bıçaq zərbəsi endirib. Bıçaqlanan 35 yaşlı kişi hadisə yerindən bir neçə metr uzaqlaşdıqdan sonra yerə yıxılıb və həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlumata görə, şübhəli şəxs polis əməkdaşlarının apardığı danışıqlardan sonra saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

www.24news.ge