Haqqımızda Reklam
24 
Sen
2026
13:14
9
0
88

Vahid Milli Hərəkat partiyası Saakaşviliyə dəstək aksiyası elan edib

“Vahid Milli Hərəkat” partiyasının Siyasi Şurasının katibi İrakli Pavlenişvili oktyabrın 1-də həbsdə olan Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşviliyə dəstək aksiyası keçiriləcəyini açıqlayıb. 24News.ge xəbər verir ki, İrakli Pavlenişvili Mixeil Saakaşvilinin “İvanişvili rejimi ilə həlledici mübarizədə əhəmiyyətini dərk edən” şəxsləri aksiya üçün Tbilisidə, “Rike Park”da əraziyə toplaşmağa çağırıb. Onun sözlərinə görə, oktyabrın 1-də Saakaşvilinin həbsdə saxlanılmasının beş ili tamam olur: “Bu gün müstəqil dövlət institutlarını yaradan və epoxal dəyişikliklərin müəllifi olan şəxsin Putinin göstərişi ilə həbsdə saxlanılmasından beş il ötür. Artıq ölkə daxilində və xaricində heç kim şübhə etmir ki, onun doqquz ili quruculuq, indiki 14 il isə dağıntı dövrü olub”, – deyə Pavlenişvili bildirib. O, Saakaşvilinin hakimiyyəti dövründə institutların qurulması, turizmin inkişafı və Gürcüstanın Avropaya inteqrasiyası istiqamətində işlərin görüldüyünü iddia edib.

www.24news.ge