Haqqımızda Reklam
23 
Sen
2026
22:35
1
0
59

Kobaxidze BMT Baş Assambleyasının sessiyası çərçivəsində yüksək səviyyəli panel müzakirəsində iştirak edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Finlandiyanın təşkilatçılığı ilə keçirilən yüksək səviyyəli panel müzakirəsində iştirak edib. 24News.ge xəbər verir ki, Gürcüstan hökumət administrasiyasının yaydığı məlumata görə, “Əlimizdə olan imkanlardan istifadə etməklə sülh vədinin möhkəmləndirilməsi” adlı tədbirdə liderlər münaqişələrin qarşısının alınması və onların dinc yolla həlli yollarını müzakirə edib, beynəlxalq hüququn prinsiplərinə riayət olunmasının vacibliyini vurğulayıblar. İrakli Kobaxidze çıxışı zamanı Gürcüstan ərazisinin 20 faizinin işğal altında olduğunu diqqətə çatdırıb və beynəlxalq hüquq normalarına məhəl qoyulmamasının Gürcüstanın özünün də üzləşdiyi məsələ olduğunu bildirib. Baş nazir ölkələrin suverenliyinə hörmət edilməsinin vacibliyindən danışıb. O, ümumi çağırışların həlli üçün beynəlxalq ictimaiyyətin birgə səylərinin və diplomatik vasitələrdən daha səmərəli istifadə edilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Qapalı formatda keçirilən panel müzakirəsi Finlandiya Prezidenti Aleksander Stubbin təşkilatçılığı ilə baş tutub. Tədbirdə müxtəlif ölkələrin liderləri iştirak ediblər. İrakli Kobaxidze sosial şəbəkə hesabında keçirilən müzakirə ilə bağlı paylaşımında Gürcüstanın BMT Nizamnaməsinə və qaydalara əsaslanan beynəlxalq nizama sadiq olduğunu bildirib: “Yüksək səviyyəli paneldə diplomatiyanın, münaqişələrin qarşısının alınmasının və mübahisələrin dinc yolla həllinin əhəmiyyətini vurğulamaq imkanım oldu. Gürcüstanın BMT Nizamnaməsinə və qaydalara əsaslanan beynəlxalq nizama sadiqliyini bir daha təsdiqlədim”, – deyə baş nazir qeyd edib.

www.24news.ge