Haqqımızda Reklam
06 
Sen
2026
17:23
9
0
342

UFC döyüşçüsü İliya Topuriya döyüş meydanına qayıtdığını elan edib

UFC döyüşçüsü İliya Topuriya sosial media hesabında paylaşım edərək döyüş meydanına qayıtdığını elan edib. 24News.ge xəbər verir ki, o, son iki ay ərzində döyüşlərdən uzaq qaldığını və son qarşılaşmadan sonra müalicə və tibbi müayinələrdən keçdiyini bildirib. Topuriya paylaşımında son döyüşdə yaşadığı məğlubiyyətdən və bunun ona qazandırdığı həyat dərslərindən danışıb: “Qələbə hər zaman sənin olmur və bu, normaldır. Əsas məsələ necə məğlub olduğundur. Ətrafındakı hər şey qaranlığa qərq olanda kim olmaq istəyirsən? Aşağıda qalmağı, yoxsa yenidən yüksəlməyi seçəcəksən? Fikrimcə, Tanrı mənim bu yoldan keçməyimi və heç bir qələbənin mənə öyrədə bilməyəcəyi bir şeyi öyrənməyimi istədi. Cəhənnəmdən keçdikdən sonra əvvəlkindən daha güclü oldum. Çünki çempion heç vaxt yıxılmayan deyil, hər zaman ayağa qalxmaq üçün səbəb tapan insandır. Xarakter hər şey istədiyin kimi gedəndə formalaşmır. Hər şey plana uyğun getməyəndə özünü göstərir. Heç kimin səndən ala bilməyəcəyi yeganə qələbə sənin xarakterindir. Biz geri qayıtdıq!” – deyə Topuriya qeyd edib. Xatırladaq ki, iyunun 15-də UFC-nin yüngül çəki dərəcəsində çempionluq kəməri uğrunda keçirilən döyüşdə İspaniyanı təmsil edən İliya Topuriya amerikalı Castin Qeytciyə (Justin Gaethje) məğlub olub. Qarşılaşmanın beşinci raundunda göz nahiyəsindən zədə alan Topuriya döyüşü davam etdirə bilməyib və nəticədə qələbə Qeytciyə verilib. Bu məğlubiyyətdən sonra İliya Topuriyanın peşəkar MMA karyerasında göstəricisi 17 qələbə və 1 məğlubiyyət təşkil edir.

www.24news.ge