Haqqımızda Reklam
06 
Sen
2026
11:14
8
1
135

ABŞ-ın NATO-dakı səfiri: “Alyans üzvlərinə qarşı hibrid hücumlara dözməyəcəyik”

NATO üzv ölkələrə qarşı həyata keçirilən hibrid hücumlara dözməyəcək və ABŞ belə hallarla üzləşən müttəfiqlərini dəstəkləyəcək. 24News.ge xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker bildirib. Uitakerin sözlərinə görə, Almaniyanın Leypsiq/Halle hava limanında ötən ay baş vermiş dron hücumuna cəhd NATO ölkələrinin son dövrdə qarşılaşdığı digər insidentlərdən daha ciddi narahatlıq doğurur. Berlin hadisəyə görə Rusiyanı məsuliyyət daşımaqda ittiham edib. Diplomat NATO üzvlərinin bu cür hadisələrə qarşı hazırlıqlı və ayıq-sayıq olmalı, insidentlər zamanı isə aydın və sərt mesaj verməli olduğunu vurğulayıb: “Əgər bunu kimin etdiyini müəyyən edə bilsək, bunun qəbuledilməz olduğunu açıq şəkildə bildirəcəyik və buna dözməyəcəyik”, – deyə Uitaker qeyd edib. Onun sözlərinə görə, kritik infrastruktur, xüsusilə enerji obyektləri də mümkün hədəflər sırasında ola bilər və bu sahələrə xüsusi diqqət yetirilməlidir. ABŞ isə belə hallarla üzləşən müttəfiq ölkələrə dəstəyini davam etdirəcək. Qeyd edək ki, Almaniya sentyabrın 1-də Leypsiq/Halle hava limanında avqust ayında baş vermiş dron insidenti ilə bağlı Rusiyanı rəsmi şəkildə məsuliyyət daşımaqda ittiham edib. Moskva isə bu ittihamları rədd edir.

www.24news.ge