Haqqımızda Reklam
15 
Iyn
2026
11:52
7
23
492

İliya Topuriya UFC çempionluq döyüşündə məğlub olub (VİDEO)

UFC-nin yüngül çəki dərəcəsində çempionluq kəməri uğrunda keçirilən döyüşdə İspaniya təmsilçisi, gürcü əsilli döyüşçü Ilia Topuria amerikalı rəqibi Justin Gaethjeyə məğlub olub. 24News.ge xəbər verir ki, döyüş dörd raund davam edib. Beşinci raundda İliya Topuriya göz nahiyəsindən aldığı zədə səbəbindən qarşılaşmanı davam etdirə bilməyib və nəticədə qələbə Castin Gaethjeyə verilib. Qarşılaşma Ağ Evin həyətində təşkil olunub. Tədbir ABŞ-ın müstəqilliyinin 250 illiyinə həsr edilib. Döyüşü 4 min tamaşaçı ilə yanaşı, ABŞ Prezidenti Donald Tramp da izləyib. Bu nəticədən sonra İliya Topuriyanın MMA karyerasındakı göstəricisi 17 qələbə və 1 məğlubiyyət təşkil edir. Bugünkü qarşılaşma onun peşəkar karyerasında ilk məğlubiyyəti kimi tarixə düşüb.

www.24news.ge