Haqqımızda Reklam
27 
Avq
2026
20:06
4
1
73

Qaraçöpdən Avropaya: Zülfüqar Xubanov Latviyanın nüfuzlu universitetinə qəbul olub

Qaraçöpün Muğanlı kəndindən olan gənc Zülfüqar Xubanov təhsil sahəsində növbəti böyük uğura imza atıb. 24News.ge xəbər verir ki, Zülfüqar Xubanov ilk 9 illik təhsilini Muğanlı orta məktəbində başa vurub, daha sonra Düzəyrəm orta məktəbində təhsilini davam etdirərək məktəbi qızıl medalla bitirib. O, 3 il ərzində Qaraçöpdə müəllimi Taleh Paşayevin rəhbərliyi ilə SAT, IELTS və Duolingo kimi beynəlxalq imtahanlara hazırlaşıb və yüksək nəticələr əldə edib. İngilis və gürcü dillərini yüksək səviyyədə bilən Zülfüqar müxtəlif elmi fəaliyyətlərdə və olimpiadalarda da fəal iştirak edib. Bir il əvvəl Tbilisi Tibb Universitetinə qəbul olunan gənc bu il isə təhsil yolunda daha böyük addım ataraq Latviyanın nüfuzlu Riga Stradiņš University-nin (RSU) Tibb fakültəsinə qəbul olunub. Qeyd edək ki, RSU Avropanın tanınmış ali təhsil müəssisələrindən biri olmaqla yanaşı, tibb sahəsində beynəlxalq səviyyədə tanınan universitetlər sırasında yer alır. Zülfüqar Xubanovun bu uğuru onun məqsədyönlü çalışmasının, intizamının və əzminin nəticəsi olmaqla yanaşı, Qaraçöp gəncləri üçün də nümunə və motivasiya mənbəyidir.

www.24news.ge