Haqqımızda Reklam
27 
Avq
2026
17:41
5
7
830

SON DƏQİQƏ! Prezident Mixeil Kavelaşvili 226 nəfəri əfv etdi

Prezident Mixeil Kavelaşvili Mariamoba bayramı ilə əlaqədar 226 nəfəri əfv edib. Bu barədə 24News.ge xəbər portalına Prezident Administrasiyasından məlumat verilib. Məlumata görə, əfv qərarı 217 nəfər həbs cəzası çəkən, 6 nəfər isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza alan şəxsi əhatə edib. Daha 3 şəxsin isə məhkumluğu götürülüb. Prezident Administrasiyasının açıqlamasında qeyd olunub ki, Gürcüstan Prezidentinin Konstitusiya ilə ona verilmiş müstəsna səlahiyyətdən istifadə etməsi humanizm prinsipinə və dövlət maraqlarına əsaslanır.

www.24news.ge