Haqqımızda Reklam
27 
Avq
2026
20:31
2
0
73

Paşinyanın dəvəti ilə Kobaxidze COP17 Liderlər Sammitinə qatılacaq

Baş nazir İrakli Kobaxidze COP17 Liderlər Sammitində iştirak edəcək. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Məlumata görə, İrakli Kobaxidze Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan tərəfindən COP17 Liderlər Sammitinə dəvət olunub. Sammit BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyası çərçivəsində oktyabr ayında İrəvanda keçiriləcək. Bildirilir ki, iki ölkənin hökumət başçıları arasında telefon danışığı baş tutub. İrakli Kobaxidze sammitə dəvətə görə Nikol Paşinyana təşəkkür edib. Tərəflər həmçinin iki ölkə arasında strateji tərəfdaşlığı və müxtəlif sahələrdə əməkdaşlığın inkişafında müşahidə olunan müsbət dinamikanı müzakirə ediblər.

www.24news.ge