Haqqımızda Reklam
22 
Avq
2026
22:42
8
1
131

Ukrayna Rusiyanın Samara vilayətində Ozon şirkətinin mərkəzini vurub

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərində “Ozon” şirkətinə məxsus logistika mərkəzinə zərbə endirib. 24News.ge xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, ikili təyinatlı malların saxlanıldığı logistika mərkəzlərinə sistemli zərbələr Rusiyanın logistikasını çətinləşdirir və ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Nazirlik “Wildberries” şirkətinin 15 iri logistika mərkəzinin bombalanmasından sonra növbənin “Ozon”a çatdığını qeyd edib. “Ozon” şirkəti də Çapayevskdə yerləşən logistika mərkəzinin dron hücumunun hədəfi olduğunu təsdiqləyib. Hadisə nəticəsində kompleksdə yanğın baş verdiyi bildirilir. Məlumata görə, Çapayevskdəki logistika mərkəzinin sahəsi təxminən 135 min kvadratmetrdir və obyekt Volqa regionunun ən iri anbar komplekslərindən biri hesab olunur.

www.24news.ge