Haqqımızda Reklam
17 
Iyl
2026
17:18
17
2
1874

Qanunsuz fəaliyyət göstərən 22 valyutadəyişmə məntəqəsi aşkarlanıb (VİDEO)

Maliyyə Nazirliyinin İstintaq Xidməti qanunsuz sahibkarlıq fəaliyyətinin 22 faktını aşkarlayıb 24News.ge xəbər verir ki, Maliyyə Nazirliyinin İstintaq Xidmətinin yaydığı məlumata əsasən, genişmiqyaslı əməliyyatlar çərçivəsində Acariya və Quriya regionlarında qanunsuz fəaliyyət göstərən 22 valyutadəyişmə məntəqəsi aşkarlanıb. İstintaq nəticəsində müəyyən edilib ki, həmin valyutadəyişmə məntəqələri qanunvericiliyin tələblərinə uyğun qurulmayıb və Milli Bankın müvafiq lisenziyası olmadan fəaliyyət göstəriblər. Məhkəmə qərarı əsasında eyni vaxtda 22 ünvanda axtarış aparılıb. Axtarış zamanı xüsusilə külli miqdarda yerli və xarici valyuta, kompüter avadanlıqları, həmçinin valyuta mübadiləsi üçün istifadə olunan inventarlar götürülüb. Müsadirə edilən valyutanın ümumi dəyərinin 500 min laridən çox olduğu bildirilir. Hazırda bu qanunsuz fəaliyyətlərdə iştirak etmiş şəxslərin müəyyən edilməsi istiqamətində intensiv istintaq tədbirləri davam etdirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə istintaq aparılır. Həmin maddə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge