Haqqımızda Reklam
17 
Iyl
2026
10:13
7
16
847

Saqarecoda yol-nəqliyyat hadisəsi ölümlə nəticələndi

Saqareco rayonunda baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib. 24News.ge xəbər verir ki, hadisə Badiyuri kəndində qeydə alınıb. Yerli sakinlərin məlumatına görə, bələdiyyəyə məxsus avtobus yağışdan sonra sürüşkən olan asfalt yolda idarəetməni itirərək aşıb. Nəticədə avtobusun sürücüsü hadisə yerində həyatını itirib, üç sərnişin isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib və ilkin məlumata əsasən, onların vəziyyəti stabildir. Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başlanıb. Bu maddə nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutur.

www.24news.ge