Haqqımızda Reklam
17 
Iyl
2026
14:25
22
10
5026

DİN Marneulidə baş verən qətl hadisəsi ilə bağlı açıqlama verdi

Bu gün səhər saatlarında Marneuli şəhərində baş verən qətl hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi istintaqa başlayıb. 24News.ge xəbər portalının sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb. Qanunvericiliyə əsasən, bu cinayəti törətməkdə təqsirli bilinən şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Xatırladaq ki, Marneuli şəhərinin Rustaveli küçəsi, 81 ünvanında qətl hadisəsi baş verib. Məlumata əsasən, təxminən 25 yaşlarında olan gənc mübahisə zəminində atasını balta ilə qətlə yetirib.

www.24news.ge