Haqqımızda Reklam
09 
Iyl
2026
12:38
13
4
186

Tramp NATO müttəfiqlərinə ABŞ-ın alyansda qalmaq istədiyini bildirib

ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərinə Vaşinqtonun alyansda qalmaq istədiyini bildirib. 24News.ge xəbər verir ki, bu barədə Reuters agentliyi məlumatlı mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, Donald Tramp Ankarada NATO liderlərinin qapalı görüşü zamanı ABŞ-ın müttəfiqlərinə silah satışını onların həmin silahlardan necə istifadə etməsindən asılı olmayaraq davam etdirməyə hazır olduğunu bildirib. Mənbənin sözlərinə görə, Tramp görüş iştirakçılarına "Biz sizinlə qalmaq istəyirik" deyə müraciət edib. Reuters-in məlumatına əsasən, görüş zamanı Donald Tramp daha əvvəl olduğu kimi İspaniyanı tənqid etməyib. Həmçinin, qapalı iclasda Qrenlandiya məsələsi də müzakirə olunmayıb.

www.24news.ge