Haqqımızda Reklam
09 
Iyl
2026
04:08
2
11
377

ABŞ İrana yeni zərbələr endirib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni genişmiqyaslı zərbələrin başladığını açıqlayıb. 24News.ge xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti "X" sosial şəbəkəsində xəbər yayıb. ABŞ tərəfi bildirir ki, bu əməliyyatlar İranın Hörmüz boğazı ərazisində üç mülki gəmiyə endirdiyi zərbələrə cavab tədbiridir. Digər tərəfdən, İran mediası ölkənin cənubundakı Sirik şəhərində yeddi, Bəndər-Abbas şəhərində isə daha altı partlayışın baş verdiyini bildirib. ABŞ prezidenti Donald Tramp sosial mediada yazıb: "Bu hücum İranın dünən gəmilərə hücumlarına cavabdır, əgər bu, bir daha təkrarlanarsa, vəziyyət daha pis olacaq". Tramp paylaşıma İranın cənubundakı Çabaharda baş verən hücumun fotosunu əlavə edib. Qeyd edək ki, Yaxın Şərqdə münaqişə fevralın sonunda İsrail və ABŞ-nin İrana endirdiyi zərbələrdən sonra kəskinləşmişdi. Tərəflər yalnız iyunun 14-də sülh sazişinə nail olaraq atəşkəs elan etmiş, iyunun 18-də isə elektron memorandum imzalamışdılar.

www.24news.ge