Haqqımızda Reklam
08 
Iyl
2026
22:47
7
4
1286

Qarşıdakı ayların proqnozu açıqlandı: Yay mövsümündə temperatur normadan yüksək olacaq

Gürcüstanda yay mövsümü ərzində orta hava temperaturunun normadan bir qədər yüksək, yağıntının isə bəzi bölgələrdə normadan az olacağı proqnozlaşdırılır. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Ətraf Mühit Agentliyinin İqlim İdarəsinin şöbə müdiri Xatuna Kokosadze yay mövsümü ilə bağlı proqnozu açıqlayarkən bildirib. Onun sözlərinə görə, ayrı-ayrı dövrlərdə havanın temperaturu düzənlik və aran rayonlarında 39-40 dərəcəyədək, dağlıq ərazilərdə 37-39 dərəcəyədək, yüksək dağlıq zonalarda isə 33-36 dərəcəyədək yüksələ bilər. Kokosadze qeyd edib ki, yay mövsümündə quraqlıq, isti hava dalğaları kimi mövsümə xas hadisələrin baş verməsi ehtimalı var. Bununla yanaşı, bəzi bölgələrdə güclü yağıntılar da müşahidə olunacaq.

www.24news.ge