Haqqımızda Reklam
06 
Iyl
2026
16:51
2
0
232

Uzuntala kəndində baş verən hadisə ilə bağlı DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi Laqodexi bələdiyyəsinin Uzuntala kəndində ticarətlə məşğul olan şəxsin yaşadığı evin həyətinə əl qumbarasının atılması ilə bağlı açıqlama verib. 24News.ge xəbər portalının sorğusuna cavab olaraq Nazirlikdən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 236-cı maddəsi üzrə istintaq aparılır. Sözügedən maddə partlayıcı maddənin qanunsuz əldə edilməsi, saxlanılması və istifadəsini nəzərdə tutur. Qurumdan bildirilib ki, cinayətdə əli olan şəxsin və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Xatırladaq ki, Laqodexi bələdiyyəsinin Uzuntala kəndində ticarətlə məşğul olan Elşad Söyünovun yaşadığı evin həyətinə əl qumbarası atılıb. 24News.ge xəbər portalına daxil olan məlumata görə, gecə saatlarında həyətə atılan qumbara partlayıb. Xoşbəxtlikdən hadisə zamanı həyətdə heç kim olmadığından xəsarət alan olmayıb.

www.24news.ge