Haqqımızda Reklam
06 
Iyl
2026
14:03
7
1
1588

Uzuntala kəndində ticarətlə məşğul olan şəxsin evinə əl qumbarası atılıb

Laqodexi bələdiyyəsinin Uzuntala kəndində ticarətlə məşğul olan şəxsin yaşadığı evin həyətinə əl qumbarası atılıb. 24News.ge xəbər portalına daxil olan məlumata görə, gecə saatlarında həyətə atılan qumbara partlayıb. Xoşbəxtlikdən hadisə zamanı həyətdə heç kim olmadığından xəsarət alan olmayıb. Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, polis son iki gündür ki, həm hadisənin baş verdiyi ərazidə, həm də kənddə axtarış və araşdırma tədbirləri həyata keçirir. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumdan rəsmi cavab daxil olduqdan sonra əlavə məlumat təqdim edəcəyik.

www.24news.ge