Haqqımızda Reklam
06 
Iyl
2026
15:31
2
2
228

Şagirdlər bəzi fənləri yeni saat bölgüsü əsasında öyrənəcəklər

2026–2027-ci tədris ilindən etibarən Gürcüstanda şagirdlər bəzi fənləri yeni saat bölgüsü əsasında öyrənəcəklər. 24News.ge xəbər verir ki, müvafiq saat cədvəli artıq məktəblərə göndərilib. Planlaşdırılan dəyişikliklərə əsasən, əvvəlki illərdən fərqli olaraq kimya fənninin tədrisinə 8-ci sinifdən deyil, 7-ci sinifdən başlanılacaq. Bundan əlavə, 7-ci sinifdən etibarən “Gürcü dili və ədəbiyyatı” ayrıca fənlər kimi tədris ediləcək. Eyni zamanda 7-ci sinifdən “Gürcüstan tarixi” və “Dünya tarixi” də ayrı fənlər kimi öyrədiləcək. Dəyişikliklərə əsasən, ibtidai siniflərdə gürcü dili və ədəbiyyatı, eləcə də riyaziyyat fənlərinin saatları artırılıb. Digər yeniliyə görə, 10-cu sinifdə tarix fənninin məzmununda dəyişiklik ediləcək. Belə ki, yeni plan üzrə dünya tarixinin tədrisi tarix fənnindən çıxarılacaq və 10-cu sinifdən yalnız Gürcüstan tarixi öyrədiləcək.

www.24news.ge