Haqqımızda Reklam
05 
Iyl
2026
21:07
1
3
354

Məktəblərdə xarici dillərin tədrisinə yanaşma dəyişdirilib

Təhsil, Elm və Gənclər nazirliyi orta məktəblərdə xarici dillərin tədrisi ilə bağlı bəzi qaydaları dəyişib. 24News.ge xəbər verir ki, Gürcüstan dövlət məktəblərində birinci sinif şagirdləri artıq xarici dilləri öyrənməyəcəklər. 2026/2027-ci tədris ilinə qədər dövlət məktəblərində şagirdlər ilk xarici dili - ingilis dilini birinci sinifdən, seçdikləri ikinci xarici dilləri isə altıncı sinifdən öyrənirdilər. Təhsil Nazirliyinin qərarına əsasən, ingilis dilinin ilk xarici dil kimi öyrənilməsinə ikinci sinifdən başlanılacaq. Lakin onuncu sinifdə ingilis dilinin tədrisi intensivləşdiriləcək və əlavə saatlar tətbiq olunacaq. Yeni təhsil sisteminə görə, Gürcüstanda məktəblilər 11 il, öz istəklərinə görə üstəgəl 12-ci il əlavə təhsil alacaqlar. Peşə təhsili almaq (məsələn, kollecə qəbul olmaq) imkanı verən sənədi əldə etmək üçün isə 10-cu sinfi bitirmək kifayət edəcək.

www.24news.ge