Haqqımızda Reklam
04 
Iyl
2026
22:20
4
1
319

Sadaxlıda mağazanın qarşısındakı ödəniş terminalı oğurlanıb (VİDEO)

Bu gün gecə saatlarında Sadaxlı kəndində mağazanın qarşısında yerləşdirilmiş sürətli ödəniş terminalı oğurlanıb. 24News.ge xəbər verir ki, hadisə ərazidə quraşdırılmış təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdən məlum olur ki, mağazanın qarşısına avtomobillə gələn iki nəfər gənc terminalı yerindən götürərək nəqliyyat vasitəsinə yükləyib və hadisə yerindən uzaqlaşıblar. Hadisə barədə polisə məlumat verilib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırma aparılır, şübhəli şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.24news.ge