Haqqımızda Reklam
05 
Iyl
2026
14:02
8
10
380

Ayətullah Əli Xameneinin vida mərasimində üç oğlu iştirak edib

İranın keçmiş Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin oğlanları bu il fevralın 28-də ABŞ-İran müharibəsi başlayandan indiyədək ilk dəfə ictimaiyyət arasına çıxıblar. 24News.ge xəbər verir ki, keçmiş ali rəhbərin oğlanları Mustafa, Məsud və Meysəm bazar günü atalarının vida mərasimində iştirak ediblər. Atası həlak olandan sonra İranın yeni ali rəhbəri seçilən Müctəba Xamenei isə vida mərasiminə qatılmayıb. Bildirilir ki, Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməkdə təkid edib. Lakin ali rəhbərin təhlükəsizlik xidməti buna icazə verməyib. Reuters yazır ki, ABŞ və İsrailin 28 fevralda İrana hücumlarından bəri Müctəba Xamenei ictimaiyyət qarşısına çıxmayıb və şəkli çəkilməyib. Məlumata görə, o, 28 fevralda atasının və digər ailə üzvlərinin ölümünə səbəb olan hücumda ağır yaralanıb. Məlumata görə, Ayətullah Əli Xameneinin cənazəsi bazar ertəsinə qədər Mosalla ibadət kompleksində saxlanılacaq. Daha sonra çərşənbə axşamı Qum şəhərinə, çərşənbə günü isə İraqa aparılacaq. Dəfn mərasiminin yekun hissəsi iyulun 9-da onun doğulduğu Məşhəd şəhərində keçiriləcək.

www.24news.ge