Haqqımızda Reklam
04 
Iyl
2026
13:14
4
2
223

Külli miqdarda aksiz markasız siqaret daşıyan iki nəfər saxlanılıb (VİDEO)

Şida Kartli Polis Departamentinin əməkdaşları aksiz markası ilə markalanması məcburi olan malların, xüsusilə də külli miqdarda aksiz markasız tütün məmulatlarının qanunsuz saxlanılması və daşınması ittihamı ilə iki nəfəri saxlayıblar. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəliləri külli miqdarda aksiz markası olmayan siqaretləri daşıyarkən saxlayıblar. Əməliyyat zamanı polis ümumi dəyəri 56 min laridən çox olan aksiz markasız siqaretləri maddi sübut kimi götürüb. Nazirliyin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 200-cü maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Həmin maddə 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge