Haqqımızda Reklam
04 
Iyl
2026
19:54
3
0
231

17 yaşlı Sevginin ürək dağlayan həyat mübarizəsi...… (VİDEO)

Marneuli bələdiyyəsinin Qaçağan kənd sakini, 17 yaşlı Sevgi Vəliyeva amansız xərçəng xəstəliyi ilə mübarizə aparır. 24News.ge xəbər verir ki, həyat onu hələ çox erkən sınağa çəkib. Kiçik yaşlarında atasını itirən Sevgi bu gün anasının himayəsində yaşayır. İndi isə onun qarşısında daha ağır bir sınaq dayanır. Həkimlərin rəyinə əsasən, Sevginin təcili olaraq Türkiyəyə aparılması və müalicəsini orada davam etdirməsi həyati əhəmiyyət daşıyır. Bu müalicənin həyata keçirilməsi üçün 90 min ABŞ dolları tələb olunur. Təəssüf ki, nə ailəsinin, nə də yaxınlarının bu məbləği qarşılamaq imkanı var. Bu gün Sevginin həyata tutunması, gələcəyinə ümidlə baxa bilməsi hər birimizin dəstəyindən asılıdır. Bəzən kiçik görünən bir yardım belə bir insanın həyatını dəyişə bilər. Gəlin, birlik olub Sevginin sağalmasına ümid olaq. Unutmayaq ki, edilən hər bir xeyirxahlıq bir ömrə işıq, bir ailəyə isə yenidən ümid bəxş edə bilər. Aşağıda bank hesablarını təqdim edirik: Bank of Georgia: İBAN: 28150006216 (A.V) GE63BG0000000603254995 (A.V) Azərbaycan hesabı: 4169 7388 6146 8563 (Könül Qurbanova) ☎️ Tel: 597 79 89 89

www.24news.ge