Haqqımızda Reklam
04 
Iyl
2026
09:32
5
5
738

Marneuli-Sadaxlı yolunda ağır avtomobil qəzası baş verib (VİDEO)

Bu gün səhər saatlarında Marneuli–Sadaxlı avtomobil yolunun Şulaveri kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 24News.ge xəbər portalına daxil olan məlumata görə, qəza zamanı Ermənistan dövlət nömrə nişanlı "Ford" markalı mikroavtobusla "Opel" markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıblar. Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

www.24news.ge