Haqqımızda Reklam
03 
Iyl
2026
15:38
11
0
704

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb (VİDEO)

Batumi şəhərində İnterpolun "qırmızı bülleten"i ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Xəbərdə bildirilir ki, müxtəlif ağır cinayətlər törətdiyinə görə saxlanılan şəxs Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub. Saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir.

www.24news.ge