Haqqımızda Reklam
30 
Iyn
2026
17:33
12
4
1125

Marneuli meriyasında ixtisarlar planlaşdırılır

Marneuli Meriyasında aparılan struktur dəyişikliklər çərçivəsində 10 ştat vahidinin ixtisara salınması nəzərdə tutulur. 24News.ge xəbər verir ki, bu barədə məlumat Marneuli Bələdiyyə Məclisinin iyunun 30-da keçirilən iclasında açıqlanıb. Məsələni iclasın gündəliyinə Meriyanın İnzibati Xidmətinin rəhbəri Mamuka Şubitidze çıxarıb. O bildirib ki, dəyişikliklər yerli özünüidarəetmə orqanında həyata keçirilən struktur islahatlarının tərkib hissəsidir və bu proses mayın 18-dən etibarən başlayıb. Mamuka Şubitidzenin sözlərinə görə, struktur dəyişiklikləri çərçivəsində ştat cədvəlinə yenidən baxılıb və 10 ştat vahidinin ixtisara salınması barədə qərar qəbul edilib. O qeyd edib ki, dəyişikliklər həm ştat vahidlərini, həm də inzibati müqavilə əsasında çalışan əməkdaşları əhatə edir. Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bildirib ki, planlaşdırılan ixtisarlarla bağlı Meriyanın əməkdaşlarına əvvəlcədən rəsmi qaydada məlumat verilib. Hazırda ixtisarların konkret olaraq hansı şöbələri və hansı vəzifələri əhatə edəcəyi barədə rəsmi məlumat açıqlanmayıb.

www.24news.ge