Haqqımızda Reklam
30 
Iyn
2026
17:06
26
13
1123

Prezident Administrasiyası təstiqlədi: "Kavelaşvili Ayətullah Əli Xameneinin dəfn mərasimində iştirak edəcək"

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili İranda Ayətullah Ali Xameneinin dəfn mərasimində iştirak edəcək. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb. Administrasiyanın açıqlamasına görə, Mixeil Kavelaşvili region ölkələrinin liderləri, o cümlədən Türkiyə, Azərbaycan, Ermənistan və digər dövlətlərin nümayəndələri ilə birlikdə dəfn mərasiminə qatılacaq. İranın WANA News agentliyinin məlumatına əsasən, əvvəlcədən açıqlanmış qrafikə görə, mərhum liderin cənazəsi Tehran və Qum şəhərlərində keçiriləcək mərasimlərdən sonra İraqın dörd şəhərinə aparılacaq. Daha sonra cənazə yenidən İrana gətiriləcək və Məşhəd şəhərində dəfn olunacaq. Rəsmi proqramda bildirilir ki, ictimai vida mərasimi iyulun 4-də səhər saat 06:00-da Tehrandakı İmam Xomeyni Məqbərəsində başlayacaq və iyulun 5-i saat 20:00-dək davam edəcək. Dəfn namazı iyulun 5-i səhər qılınacaq. Tehran, Qum və İraqda keçiriləcək mərasimlərdən sonra Ayətullah Əli Xameneinin iyulun 9-da, cümə axşamı Məşhəd şəhərində dəfn olunacağı bildirilir.

www.24news.ge