Haqqımızda Reklam
20 
Iyn
2026
14:02
7
1
343

Qızılın qiyməti bir gündə 10 lari aşağı düşüb

Qlobal birjalarda qızılın qiymətində azalma davam edir. İyunun 19-da keçirilən son ticarət sessiyasının nəticələrinə əsasən, 1 unsiya qızılın qiyməti 70 ABŞ dolları azalaraq 4 156 dollar təşkil edib. 24News.ge xəbər verir ki, bu barədə "Gold Price" məlumat yayıb. Məlumata görə, qiymətli metalın dəyəri gün ərzində 1,7 faiz geriləyib. Son bir ay ərzində qızılın qiyməti 7 faiz azalsa da, illik müqayisədə 25 faiz artım qeydə alınıb. Gümüş bazarında da oxşar tendensiya müşahidə olunur. Son ticarət nəticələrinə görə, 1 unsiya gümüşün qiyməti 1,4 dollar və ya 2 faiz azalaraq 64,84 dollara düşüb. Bununla belə, son bir ayda gümüş 13 faiz ucuzlaşıb, illik müqayisədə isə 84 faiz bahalaşıb. Gürcüstanda qızıl və gümüşün qiymətinə gəldikdə isə, iyunun 20-nə olan məlumata görə, Gürcüstanda 999 əyarlı 1 qram qızılın orta qiyməti 360 lari təşkil edir. Müqayisə üçün qeyd edək ki, bir gün əvvəl bu göstərici təxminən 370 lari olub. 999 əyarlı gümüşə gəlincə, 1 qramın qiyməti ötən gün 5,4 lari olduğu halda, bu gün 5,5 lariyə yüksəlib.

www.24news.ge