Haqqımızda Reklam
19 
Iyn
2026
16:54
10
1
512

Fahişəliyin təşkilinə qarşı əməliyyat keçirilib: 14 nəfər saxlanılıb, 9 obyekt möhürlənib (VİDEO)

Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluqla birgə Tbilisi və Kutaisidə keçirdikləri əməliyyat nəticəsində 14 nəfəri saxlayıb, 9 obyekti isə möhürləyiblər. 24News.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlar arasında Gürcüstan, Çin və Tailand vətəndaşları da var. İstintaq çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən çoxsaylı kompleks əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Bunlara gizli audio və video qeydlər də daxil olub. Toplanmış materiallar saxlanılan şəxslərin qanunsuz fəaliyyətini təsdiqləyib. Araşdırma nəticəsində müəyyən olunub ki, obyekt sahibləri və administratorları onlara məxsus məkanlarda xarici ölkə vətəndaşlarını işə cəlb edərək fahişəliyin təşkilinə şərait yaradıblar. Onlar Tbilisi və Kutaisidə yerləşən obyektləri müəyyən məbləğ qarşılığında mütəmadi olaraq bu məqsədlə istifadəyə veriblər. İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər fahişəliyə cəlb olunan qadınlara müştəri tapmaqda da kömək ediblər və əldə olunan gəlirin bir hissəsini özləri götürüblər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin obyektlərin əsas gəlir mənbəyi məhz fahişəliyin təşkili və təşviqindən əldə olunan vəsait olub. Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 254-cü maddəsinin birinci və ikinci hissələri üzrə aparılır. Bu maddələr üzrə təqsirli bilinən şəxsləri 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.24news.ge