Haqqımızda Reklam
19 
Iyn
2026
20:47
4
7
306

Gürcüstanda ibtidai sinif şagirdləri üçün məktəbli formalarını Çin istehsal edəcək

2026–2027-ci tədris ilindən etibarən Gürcüstanın dövlət məktəblərində ibtidai sinif şagirdləri üçün məktəbli forması məcburi olacaq. 24News.ge xəbər verir ki, bu məqsədlə Təhsil, Elm və Gənclər Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsil Resursları” MMC məktəbli formalarını “Glory Textile Industry” şirkətindən satın alacaq. Nazirliyin yaydığı məlumata görə, “Glory Textile Industry” şirkətinin tikiş müəssisəsi Çin Xalq Respublikasında yerləşir. Müqaviləyə əsasən, şirkət ümumilikdə 1 milyon 801 min ədəd məktəbli forması istehsal edəcək. Formların məktəblərə çatdırılması prosesi üç mərhələdə həyata keçiriləcək və bütün prosedurlar qanunvericiliyin tələblərinə uyğun, şəffaflıq prinsipləri əsasında aparılacaq. Təhsil Nazirliyi bildirir ki, məktəbli formasının məcburi tətbiqi məktəblərdə daha bərabər, sağlam və nizamlı təhsil mühitinin formalaşmasına, həmçinin şagirdlər arasında sosial fərqlərin azalmasına töhfə verəcək. Qeyd olunub ki, yeni tədris ili üçün formaların vaxtında təmin olunması məqsədilə Gürcüstan hökumətinin qərarı ilə “Təhsil Resursları” MMC-yə məktəbli formalarının sadələşdirilmiş qaydada satın alınması səlahiyyəti verilib.

www.24news.ge