Haqqımızda Reklam
19 
Iyn
2026
10:19
10
1
86

ABŞ İran limanlarına tətbiq etdiyi dəniz blokadasını dayandırıb

ABŞ İranın limanları və sahil zolaqlarına tətbiq olunan dəniz blokadasını dayandırıb. 24News.ge xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən verilən göstərişə uyğun olaraq, İran limanlarına daxil olan və limanlardan çıxan bütün dəniz nəqliyyatına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb. “Bu gündən etibarən ABŞ qüvvələri İran limanlarına və limanlarından həyata keçirilən gəmi hərəkətinə mane olmur. ABŞ-ın hərbi dəniz blokadasının icrası ilə bağlı bütün fəaliyyətlər dayandırılıb”, – deyə açıqlamada bildirilir. Eyni zamanda vurğulanıb ki, ABŞ-ın hərbi dəniz qüvvələri bölgədə qalmağa davam edəcək və əldə olunmuş razılaşmanın bütün şərtlərinin tam və effektiv şəkildə yerinə yetirilməsinə nəzarət edəcək. Qeyd edək ki, bu qərar Vaşinqton və Tehran arasında əldə olunduğu bildirilən son razılaşmadan sonra verilib və regionda gərginliyin azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

www.24news.ge