Haqqımızda Reklam
14 
Iyn
2026
20:19
5
11
1355

Silahlı insident: iki nəfər qətlə yetirilib

Xaşuri şəhərində baş vermiş silahlı insident nəticəsində iki nəfər həyatını itirib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. 24News.ge xəbər verir ki, hüquq-mühafizə orqanları iki nəfərə qarşı ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adamöldürmə faktını isti izlərlə açıb. Nazirlikdən bildirilib ki, istintaq zamanı müəyyən olunub ki, hadisə əvvəllər mövcud olan mübahisə zəminində baş verib. Belə ki, Xaşuri şəhərində baş verən münaqişə zamanı təqsirləndirilən şəxs odlu silahdan atəş açaraq iki nəfərə xəsarət yetirib və hadisə yerindən qaçıb. Aldıqları xəsarətlər nəticəsində hər iki şəxs hadisə yerində dünyasını dəyişib. DİN-in məlumatına əsasən, həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəxs qısa müddətdə saxlanılıb. Polis hadisə zamanı istifadə olunan silahı maddi sübut kimi götürüb. Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge