Haqqımızda Reklam
07 
Iyn
2026
23:42
11
0
402

"Exit-poll"un nəticələri açıqlandı: Paşinyanın partiyası öndədir

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası parlament seçkisində səslərin 56.7 faizini toplayır. 24News.ge xəbər verir ki, bu barədə partiyaya yaxın "Civic News" internet resursu "Exit-poll" nəticələrinə istinadən məlumat yayıb. Resursun məlumatına görə, rusiyaəsilli erməni biznesmen, "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın "Güclü Ermənistan" Partiyası isə 17.5 faiz səs toplayır. Rəsmi məlumatda isə bildirilir ki, səsvermə məntəqələrinin bağlandığı vaxt - saat 20:00-a olan məlumata görə, seçici fəallığı 58.97 faiz təşkil edib. Ümumilikdə 1 milyon 476 min 597 vətəndaş səsvermədə iştirak edib. Bu barədə İrəvanda keçirilən mətbuat konfransında Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan məlumat verib. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, parlament seçkisini 647 beynəlxalq müşahidəçi izləyib. Onların arasında 328 ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçisi, 120 MDB müşahidəçisi yer alıb. Bundan əlavə, 13 yerli müşahidəçi təşkilatını təmsil edən 2 600-dən çox müşahidəçi seçki prosesini izləyib. Seçkinin işıqlandırılması üçün isə 181 xarici və 71 yerli media qurumu akkreditasiyadan keçib.

www.24news.ge