Haqqımızda Reklam
07 
Iyn
2026
19:02
6
9
3831

Dəhşətli qəza hadisəsi: 5 nəfər ölüb, 2 nəfər yaralanıb

Tetritskaro bələdiyyəsinin Didqori kəndi yaxınlığında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər həyatını itirib, iki nəfər isə xəsarət alıb. 24News.ge xəbər verir ki, mövcud məlumata görə, avtomobil hündürlükdən dərəyə aşıb. Hadisə yerinə təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yaralanan şəxslərə tibbi yardım göstərilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq başlanıb. Həmin maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutur.

www.24news.ge