Haqqımızda Reklam
07 
Iyn
2026
20:36
4
3
850

Polis şöbəsinin detektivi ölü tapılıb

Daxili İşlər Nazirliyi Qori polis şöbəsinin detektivi Bakar Bekaurinin ölümü ilə bağlı məlumat yayıb. 24News.ge xəbər verir ki, nazirliyin açıqlamasına görə, polis əməkdaşı bu gün Ateni kəndində ölü halda aşkar edilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi (özünü intihara çatdırma) üzrə istintaq başlanılıb. Daxili İşlər Nazirliyi yayılan bəyanatda mərhum polis əməkdaşının ailəsinə və yaxınlarına başsağlığı verib. “Şida Kartli Polis Departamentinin əməkdaşı Bakar Bekaurinin vəfatı ilə bağlı dərin kədərimizi bildiririk və ailəsinə başsağlığı veririk. Qori polis şöbəsinin detektivi Bakar Bekauri bu il iyunun 7-də Ateni kəndində ölü halda tapılıb. Faktla bağlı Prokurorluq tərəfindən istintaq aparılır”, – deyə nazirliyin məlumatında qeyd olunub.

www.24news.ge