Haqqımızda Reklam
05 
Iyn
2026
21:55
2
0
195

Şulaveridə Qədir-Xum bayramı təntənəli şəkildə qeyd olundu (FOTO)

Şulaveri qəsəbəsində yerləşən Həzrət Əbəlfəzl Abbas (ə) adına məsciddə müqəddəs Qədir-Xum bayramı münasibətilə mərasim keçirilib. 24News.ge xəbər verir ki, bayram məclisində dəyərli ruhanilər və ağsaqqallar çıxış edərək Qədir-Xum hadisəsinin İslam tarixindəki əhəmiyyətindən danışıb, iştirakçıları bayram münasibətilə təbrik ediblər. Tədbir zamanı dini ilahilər səsləndirilib, bayram ab-havası yaşadılıb. Mərasim çərçivəsində məclis iştirakçılarına müxtəlif hədiyyələr təqdim olunub. Xüsusilə, altı nəfərə Məşhəd şəhərinə, bir nəfərə isə müqəddəs Kərbəla ziyarətinə getmək imkanı verən ziyarət hədiyyələri təqdim edilib. Sonda bayram süfrəsi açılıb, iştirakçılar birlik və həmrəylik şəraitində bayram sevincini bölüşüblər.

www.24news.ge